Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasına səfərə gəlib



Oktyabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak etmək üçün Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfərə gəlib.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Aruşa şəhərinin Kilimancaro beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov, Tanzaniyanın Birləşmiş Millətlər Təşkilatı (BMT) və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Abdallah Saleh Possi və digər rəsmi şəxslər qarşılayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: