Vahab Fətullayev Macarıstanda bürünc medal qazandı


Şpaqa üzrə milli komandamızın üzvü Vahab Fətullayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Kadet-Junior Párbajtőr Magyar Kupa 3” turnirində uğurlu nəticəyə imza atıb.
Azturkxeber.az xəbər verir ki, Vahab 26-27 sentyabrda keçirilən beynəlxalq yarışda gənc oğlanların qılıncoynatmanın şpaqa növü üzrə şəxsi yarışında 149 idmançı arasında üçüncü olub.
Yarışda Azərbaycanla yanaşı Macarıstan, Avstriya, Çin, İrlandiya, Rumıniya, Serbiya və Slovakiyadan olan idmançılar iştirak ediblər.
Vahab Fətullayev qrup mərhələsində keçirdiyi 6 görüşün hamısında qələbə qazanıb.
Azərbaycanlı şpaqaçı pley-off mərhələsində ardıcıl olaraq Çin və Macarıstan təmsilçiləri üzərində qələbələr qazanaraq yarımfinala yüksəlib.
1/4 finalda Kubinger Ákosu 15:10 hesabı ilə məğlub edən Vahab, yarımfinalda Edmond Ventzel ilə qarşılaşıb və 13:15 hesabı ilə uduzub.
Nəticədə Vahab Fətullayev turnirin bürünc medalına sahib olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: