DİN: İki gündə 88 cinayət açılıb, 83 şübhəli saxlanılıb

- Sentyabrın 26-da və 27-də ölkə ərazisində qeydə alınan 88, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, axtarışda olan ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: