Ombudsman Səbinə Əliyeva və kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib



27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və rəhbərlik etdiyi kollektiv Bakı şəhərində yerləşən Zəfər parkını ziyarət ediblər.
Azturkxeber.az-ın məlumatına görə, ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, memorial kompleksin önünə gül dəstələri düzülüb.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: