azturkxeber.az
http://azturkxeber.az

27 Sentyabr - Qanımızla Yazılan Tarix, Unudulmaz Qəhrəmanlıq Günü

27-09-2026

27 Sentyabr Azərbaycan xalqının yaddaşına həm kədərli, həm də qürurlu bir gün kimi həkk olunub. Bu gün Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq.

2020-ci ilin 27 sentyabr səhəri... Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bununla da 30 illik həsrətə, işğala son qoyacaq 44 günlük Vətən Müharibəsinin əsası qoyuldu.

Bu 44 gün ərzində Azərbaycan oğulları tarix yazdı. Canı, qanı bahasına torpaqlarımızı azad etdi. Adları bir daha unudulmayacaq minlərlə igid - Polad Həşimovlar, Mübariz İbrahimovlar, Xudayar Yusifzadələr və adını bilmədiyimiz minlərlə qəhrəman bu torpaq üçün ən qiymətli varlıqlarından - canlarından keçdilər.

27 Sentyabr Anım Günü sadəcə bir matəm günü deyil. Bu, həm də birlik günüdür. Bu gün biz bir daha gördük ki, xalq yumruq kimi bir olanda, Ali Baş Komandanın ətrafında sıx birləşəndə qarşısında heç bir güc dayana bilməz.

Saat 12:00-da bütün ölkədə bir dəqiqəlik sükut... Həmin sükutda ən ucadan danışan bizim vicdanımızdır. Bu sükutda şəhid analarının göz yaşı, atalarının qüruru, övladlarının nisgili var. Biz şəhidlərimizi heç vaxt unutmayacağıq. Onların sayəsində bu gün Şuşada, Laçında, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız dalğalanır.

Ruhunuz şad olsun, Vətən şəhidləri! Sizin əmanətiniz olan bu Vətəni göz bəbəyimiz kimi qoruyacağıq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Azturkxeber.az İnformasiya Agentliyinin rəhbəri Sahilə Bayramlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930