azturkxeber.az
http://azturkxeber.az

Qubada keçirilən “Ulduz Cup” beynəlxalq turnirinin qalibi müəyyənləşib

28-08-2026

Avqustun 27-də Qubada 11 yaşadək futbolçular arasında III “Ulduz Cup” beynəlxalq turnirinə yekun vurulub.

Azturkxeber.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Özbəkistanın “Paxtakor” komandası “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edərək turnirin bürünc medalına sahib olub.

Bədii hissədə gimnastika üzrə nümunəvi çıxışlar və milli rəqslər təqdim edilib.

Turnirin final görüşündə “Ulduz” FA ilə Polşanın “Drukarz” komandası qarşılaşıb. Görüş Polşa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Drukarz” turnirin qalibi olub, “Ulduz” FA isə ikinci yeri tutub.

Fərdi nominasiyalar üzrə ən yaxşılar da müəyyənləşib. Ən yaxşı oyunçu Giorgi Zekalaşvili (“Dinamo Tbilisi”, Gürcüstan), turnirin bombardiri Əli Əliyev (“Qarabağ” FK, Azərbaycan), ən yaxşı qapıçı isə Dilqəm Salmanov (“Ulduz” FA, Azərbaycan) seçilib.

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Üçüncü dəfə təşkil olunan yarışda 7 ölkədən 12 komanda mübarizə aparıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31