azturkxeber.az
http://azturkxeber.az

Qubada II “Ulduz Cup” beynəlxalq turnirinin açılışı keçirilib

26-08-2025

Avqustun 25-də Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Quba şəhərində 12 yaşadək futbolçular arasında II “Ulduz Cup” beynəlxalq turnirinin açılış mərasimi baş tutub.

Tədbir Quba Olimpiya İdman Kompleksinin stadionunda iştirakçı komandaların paradı ilə başlayıb. Dövlət Himni səsləndirildikdən sonra Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Nəbiyev və Gənclər və İdman Nazirliyinin sektor müdiri Elçin Qasımov çıxış ediblər.

Açılış mərasimi rəqs nömrələri və “İdman səfiri” Xəyyam Orucovun nümunəvi çıxışları ilə davam edib.

Turnirin ilk oyun günündə aşağıdakı nəticələr qeydə alınıb:

“Sabah” (Azərbaycan) – “Paxtakor” (Özbəkistan) – 0:1

“Neftçi” (Azərbaycan) – “Şaxtyor Qaraqanda” (Qazaxıstan) – 1:1

“Qarabağ” (Azərbaycan) – “Dinamo Tbilisi” (Gürcüstan) – 0:2

“İstanbul Başakşəhər” (Türkiyə) – “Bunyodkor” (Özbəkistan) – 2:0

“Ulduz” FA (Azərbaycan) – “Trabzonspor məktəbi” (Türkiyə) – 0:2

“Aspire Akademiyası” (Qətər) – “Sduşorsi” (Qırğızıstan) – 0:2

Turnirdə 7 ölkədən 12 komanda iştirak edir. Komandalar 3 qrupda mübarizə aparır:

A qrupu: “Ulduz” FA (Azərbaycan), “Trabzonspor məktəbi” (Türkiyə), “Sduşorsi” (Qırğızıstan), “Aspire Akademiyası” (Qətər)

B qrupu: “Qarabağ” FK (Azərbaycan), “Dinamo Tbilisi” (Gürcüstan), “İstanbul Başakşəhər” FK (Türkiyə), “Bunyodkor” (Özbəkistan)

C qrupu: “Sabah” FK (Azərbaycan), “Paxtakor” FK (Özbəkistan), “Neftçi” PFK (Azərbaycan), “Şaxtyor Qaraqanda” (Qazaxıstan)

Turnirin final oyunu avqustun 28-də keçiriləcək.

Qeyd edək ki, yarışların bütün oyunları Gənclər və İdman Nazirliyinin rəsmi YouTube kanalında canlı yayımlanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031