azturkxeber.az
http://azturkxeber.az

Qubada II “Ulduz Cup” beynəlxalq futbol turniri start götürür

21-08-2025

Avqustun 25-dən 28-dək Qubada 12 yaşlı futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək. Turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq turnirdə Azərbaycanı “Ulduz” FA, “Qarabağ” FK, “Sabah” FK və “Neftçi” PFK, Türkiyəni “Trabzonspor məktəb” və “Başakşehir” FK, Gürcüstanı “Dinamo Tiflis”, Özbəkistanı “Paxtakor” FK və “Bunyodkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” FK təmsil edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031