azturkxeber.az
http://azturkxeber.az

“Neftçi” Peşəkar Futbol Klubu “Uşaq Hüquqları Aylığı”na dəstək verib

01-11-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı”na ölkəmizin tanınmış futbol klublarından olan “Neftçi” Peşəkar Futbol Klubu qoşulub.

Aylıq çərçivəsində “Neftçi” Peşəkar Futbol Klubu (PFK) Ombudsman Aparatı və “Ümid Yeri” Uşaq Sığınacağı ilə əməkdaşlıqda uşaqların hüquqlarının təmininə öz töhfəsini verib.

2025-ci il 1 noyabr tarixində keçirilən “Neftçi” PFK - “Kəpəz” oyunu zamanı futbolçular uşaqlar tərəfindən nömrələri rənglənmiş və əl işlərinin təsvir olunduğu xüsusi formalarla meydana çıxıb.

Oyun zamanı “Neftçi” PFK və uşaqların iştirakı ilə “Hər bir uşağın xoşbəxt gələcəyi naminə həmrəy olaq!” şüarını əks etdirən plakatla cəmiyyətin diqqəti uşaq hüquqlarının qorunmasının əhəmiyyətinə yönəldilərək çağırış edilib. “Neftçi” PFK tərəfindən birgə əməkdaşlığın rəmzi kimi Ombudsman təsisatına xatirə hədiyyəsi təqdim edilib.

İdmançıların, müxtəlif idman növlərinin təmsilçilərin bu Aylığa qoşulması təşəbbüsünü dəstəkləyir və hər kəsi Aylığa qoşulmağa dəvət edirik.

Qeyd edək ki, Ombudsman tərəfindən uşaq hüquqlarının müdafiəsi və təbliği daim diqqət mərkəzində saxlanılır və aylığa dəstək verən qurumlara təşəkkür edərək uşaqların hüquqlarının daha səmərəli təmininə xidmət edən hər bir təşəbbüsün əhəmiyyətini bir daha vurğulayırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930