azturkxeber.az
http://azturkxeber.az

Stolüstü tennisçilər Fransaya yollanıblar

27-08-2026

Stolüstü tennisçilər yeni sınaq qarşısındadırlar. 13 yaşadək idmançılardan ibarət komanda Fransada keçiriləcək mötəbər yarışda ölkəmizi təmsil edəcək.

Azturkxeber.az xəbər verir ki, Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Gülnur Kərimli və Səidə Qulizadə seçmə komandanın məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə avqustun 28-də Şiltinheym şəhərində start götürəcək "Euro Mini Champs" turnirində bacarığını göstərəcək. Kiçik Avropa çempionatı adlandırılan və sayca 20-ci olan yarışa avqustun 31-də yekun vurulacaq. Qeyd edək ki, tanınmış stolüstü tennisçi Onur Quluzadə 2024-cü ildə bu yarışın bürünc medalını qazanmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31