azturkxeber.az
http://azturkxeber.az

Stolüstü tennisçilər beynəlxalq yarışın mükafatını qazanıblar

12-03-2026

Stolüstü tennisçilərimiz Almaniyanın Berlin şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər. Oğlanlardan ibarət seçmə komandanın baş məşqçisi Ramin Cəfərovun rəhbərliyi ilə yarışa qatılan 3 idmançıdan ikisi mükafata layiq görülüb.

Azturkxeber.az xəbər verir ki, istedadlı stolüstü tennisçilər Onur Quluzadə U 15, Ələkbər Mirzəliyev isə U 11yaş dərəcəsində ücuncü yeri tutub. Komandamız bununla kifayətlənmək niyyətində deyil. Bu gün Çexiyaya yollanan Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət trio Havirov şəhərində keçiriləcək analoji turnirdə də etimadı doğrultmağa çalışacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031