azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü ” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

25-08-2026

25 avqust 2026-cı il tarixində Milli Kitabxanada, Azərbaycan xalqının qədim irsi olan “Beynəlxalq Azərbaycan Muğamı Günü” münasibətilə “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Azturkxeber.az xəbər verir ki, sərgilərdə Azərbaycan muğam dəstgahının tarixi kökləri, muğamların təsnifatı, inkişaf mərhələləri, instrumental muğamlar və onların ifaçılıq nəziyyətləri, Azərbaycanın musiqi xəzinəsi, Qarabağ xanəndəlik məktəbi və tanınmış xanəndələr, onların Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolu və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Azerbaycan_mugami_ve_musiqisi_gunu/index.htm linkindən istifadə edə bilərlər.

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.

UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan muğamının və əlaqəli musiqi formaları ənənələrinin qorunması, ifası və tədqiqini təşviq edən ən önəmli beynəlxalq tədbirlərdən biri - "Muğam aləmi" Beynəlxalq Festivalı da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 2009-cu ildən etibarən keçirilir.

Azərbaycan dövlətinin diqqəti və qayğısı sayəsində muğam sənəti də bu gün artıq öz parlaq dövrünü yaşayır. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, muğam Azərbaycanın milli sərvətidir: "Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutub, öz qəlbində saxlayıb. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır.

Dövlətimiz tərəfindən muğamın təbliği və inkişafı istiqamətində həyata keçirilən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Bu istiqamətdə fondun təşkilatçılığı və dəstəyi ilə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr reallaşdırılır.

Ağdam Muğam Mərkəzinin açılışı Qarabağın mədəni dirçəlişinin başlanğıcını ifadə edən simvoldur.

Bu gün fəxrlə deyirik ki, Azərbaycan muğamı dövlət tərəfindən qorunur, təbliğ və inkişaf etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31