XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən Şuşaya həsr olunan virtual sərgilər ziyarətçilərə təqdim olunub
5 oktyabr tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasının ekspozisiyasında Şuşaya həsr olunan “Şuşa əl işləri”, “Şuşa məişət əşyaları”, “Şuşa zərgərlik məmulatları”, “Şuşa milli geyimləri” , “Şuşa yemək və süfrə mədəniyyəti” adlı virtual sərgilər ziyarətçilərə təqdim olunub.
Təqdim olunan “Şuşa milli geyimləri” (http://anl.az/el/vsb/Susa_milli_geyimleri/index.htm) adlı virtual sərgidə Şuşa şəhəri əhalisinin XIX əsr geyim mədəniyyəti, onun təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
“Şuşa məişət əşyaları” (http://anl.az/el/vsb/Susa_meiset_esyalari/index.htm) adlı virtual sərgidə Şuşa şəhəri əhalisinin istifadə etdiyi məişət əşyaları, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
“Şuşa zərgərlik məmulatları” (http://anl.az/el/vsb/Susa_zergerlik_memulatlari/index.htm) adlı virtual sərgidə Şuşa şəhərinin sənətkarlarının hazırladığı zərgərlik nümunələri haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
“Şuşa əl işləri” (http://anl.az/el/vsb/Susa_el_isleri/index.htm) adlı virtual sərgidə Şuşa şəhərində XIX əsr tikmə nümunələri, onların təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
“Şuşa yemək və süfrə mədəniyyəti” ( https://anl.az/el/vsb/Susa_yemek_ve_sufre_medeniyyeti/index.htm) adlı virtual sərgidə Şuşa şəhərinin qədim kulinariya ənənələri və süfrə adətləri haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.