Xətai rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti dayandırılacaq

Diametri 200 millimetr olan içməli su xəttinin diametri 600 millimetr olan magistral su borusuna qoşulması işləri ilə əlaqədar 25 avqust 2026-cı il tarixində saat 23:00-dan 26 avqust tarixində gecə saatlarınadək Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Azturkxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)nin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
“İri Şəhərlərin Su Təchizatı” QSC yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: