Abşeron və Bakının bu qəsəbələrində su olmayacaq

Abşeron rayonunun və Bakının bəzi qəsəbələrində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azturkxeber.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, buna səbəb Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı və Goradil qəsəbələrinin, Corat bağ massivinin, həmçinin Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən, istismar müddəti başa çatmış qəzalı magistral su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması işləridir.
Məlumata görə, təmir işləri ilə əlaqədar 28 iyul səhər saatlarından 30 iyul günorta saatlarınadək qeyd olunan ərazilərdə su təchizatında fasilə olacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: