azturkxeber.az
http://azturkxeber.az

Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

19-08-2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub.

Azturkxeber.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev bu vəzifəyə təyin edilib.

Hikmət Mustafayev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bitirib.

1994–1995-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib.

1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.

O, eyni zamanda COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi bu mötəbər beynəlxalq tədbirin təşkilati və inzibati idarəetmə proseslərində fəal iştirak edib.

Bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərən H.Mustafayev strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır.

Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Dövlət qulluğunun baş müşaviridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31