azturkxeber.az
http://azturkxeber.az

Deputatlarımız Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

19-08-2026

Milli Məclisin bir qrup deputatı Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya keçiriləcək seçkiləri beynəlxalq müşahidəçi qismində izləmək məqsədilə avqustun 20-də bu ölkəyə səfər edəcək.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Millət vəkilləri Səbinə Salmanova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA), Nəsib Məhəməliyev MDB İcraiyyə Komitəsinin, Gülşən Paşayeva ATƏT Parlament Assambleyasının (ATƏT PA), Günay Əfəndiyeva Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) xətti ilə Astana şəhərində, deputat Hikmət Məmmədov isə TÜRKPA missiyasının tərkibində Almatı şəhərində seçki prosesini izləyəcəklər.

Səfər müddətində deputatlarımız seçki məntəqələrində yaradılmış şərait və hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermənin gedişatını və vətəndaşların fəallığını müşahidə edəcəklər.

Səfər avqustun 25-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31