azturkxeber.az
http://azturkxeber.az

Çimərlik voleybolçularımız beynəlxalq turnirin qalibi olublar

13-08-2026

Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Tekirdağ bölgəsində təşkil olunan və FIVB reytinq xalları qazandıran açıq çempionatda uğurlu çıxışla yadda qalıblar.

Voleybol Federasiyasından Azturkxeber.az-a verilən məlumata görə, 16 komandanın mübarizə apardığı yarışda ölkəmizi İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütlüyü təmsil edib. Voleybolçularımız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Qadınların yarışında mübarizə aparan Səbinə Əlizadə/Leyla Əliyeva cütü isə 16 komanda arasında 4-cü yeri tutub.

Qeyd edək ki, baş məşqçi Atvars Vildenin rəhbərliyi ilə çimərlik voleybolçularımız Türkiyədə daha bir beynəlxalq yarışda çıxış edəcəklər. Çatalca şəhərində keçiriləcək turnirdə qadınlar arasında Səbinə Əlizadə/Leyla Əliyeva, kişilər arasında isə İbrahim Məmmədov/Muhəmməd Aslanlı mübarizə aparacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31