Yekaterina Sariyeva Azərbaycan rekordunu yeniləyib

İngiltərənin Birmingem şəhərində atletika üzrə Avropa çempionatına start verilib.
Azərbaycan Atletika Federasiyasından Azturkxeber.az-a verilən məlumata görə, Azərbaycan millisinin üzvü Yekaterina Sariyeva üç təkanla tullanma növündə mübarizə aparıb. Atletimiz 13,91 metr nəticə göstərib. Bu göstərici Sariyevaya final mərhələsinə yüksəlməyə imkan verməsə də, o, Azərbaycan rekordunu yeniləyib. Qeyd edək ki, əvvəlki ölkə rekordu da 13.89 metr nəticə ilə Yekaterina Sariyevaya məxsus idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: