azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan cüdoçuları Skopyedə 2 qızıl və 5 bürünc medal qazandı

10-08-2026

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb. Yarışın son günündə Azərbaycan milli komandası 2 qızıl və 4 bürünc medal qazanıb.

Azturkxeber.az xəbər verir ki, Xədicə Qədəşova (-57 kq) və Davud Namazlı (-100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Nərgiz Əhmədova, Gülgəz Musayeva (hər ikisi -48 kq), Aytən Verdiyeva (-57 kq) və Canpolad Əliyev (-100 kq) isə bürünc medala layiq görülüblər.

Xatırladaq ki, yarışın ilk günündə Nilgün Rzayeva (-63 kq) üçüncü olmuşdu.

Beləliklə, 2 qızıl və 5 bürünc olmaqla ümumilikdə 7 medal qazanan yığmamız 33 ölkənin iştirak etdiyi Avropa Kubokunu üçüncü pillədə tamamlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31