azturkxeber.az
http://azturkxeber.az

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

07-08-2026

Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların məharət dərəcələrinin müəyyən edilməsi məqsədilə sınaq imtahanları keçirilir.

Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, imtahanlarda hərbi qulluqçuların ixtisas hazırlığı, fiziki hazırlığı, eləcə də xidməti fəaliyyətləri ilə bağlı digər nəzəri və praktiki bacarıqları qiymətləndirilir.

Sınaq imtahanlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31