azturkxeber.az
http://azturkxeber.az

Bakıda “More Than Medals World” layihəsinə start verilib

06-08-2026

Bakıda keçirilmiş U-17 dünya çempionatından sonra Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü, Dünya Güləş Birliyi və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə “More Than Medals World” layihəsinə start verilib.

Azturkxeber.az xəbər verir ki, layihənin əsas məqsədi gənc güləşçilərin peşəkar inkişafına dəstək vermək, onların texniki və taktiki hazırlığını gücləndirmək, məşqçilərin bilik və bacarıqlarını təkmilləşdirmək, təmiz idman dəyərlərini təşviq etmək, idman psixologiyası və performansın idarə olunması sahəsində maarifləndirməni artırmaqdır. Bununla yanaşı, proqram müxtəlif ölkələrdən olan idmançılar arasında qarşılıqlı təcrübə paylaşımına, dostluq əlaqələrinin möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın güclənməsinə şərait yaradır.

Layihə çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri iştirakçılar üçün antidopinq mövzusunda maarifləndirici seminar keçiriblər. Təlim zamanı antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, qadağan olunmuş maddə və üsulların sağlamlığa mənfi təsirləri, eləcə də 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlarda nəzərdə tutulan yeniliklər barədə ətraflı məlumat verilib.

İnteraktiv formada təşkil olunan seminarda iştirakçılar antidopinq mövzusuna həsr edilmiş viktorinada biliklərini sınayıblar. Fəallığı ilə seçilən iştirakçılara AMADA tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Seminarda 20 ölkədən 100-dək güləşçi və məşqçi iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31