azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan cüdoçuları yeniyetmələr arasında dünya çempionatında mübarizə aparacaq

05-08-2026

20–23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 idmançı (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.

Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Dünya çempionatında 61 ölkədən 459 idmançı (242 oğlan, 217 qız) mübarizə aparacaq.

Qızlar

-40 kq

Sunay Salamova

Zəhra Quliyeva

-44 kq

Pərvin Sevxanlı

-48 kq

Könül Eyvazlı

Oğlanlar

-50 kq

Fərid Rzazadə

-55 kq

Fərid Xudiyev

İbrahim Talıbov

-66 kq

İlkin Qarayev

-73 kq

Yusuf Nəzər

Sadiq Məmmədov

-81 kq

Ayxan Həsənli

Yaqub Məmmədov

-90 kq

Ömər Axundov

Nurəddin Əliyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31