azturkxeber.az
http://azturkxeber.az

Qayıdış davam edir – Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir.

28-07-2026

Doğma yurda qayıdış insanın öz köklərinə, xatirələrinə və gələcəyinə qovuşmasıdır.

Azturkxeber.az-ın məlumatına görə, Xocalı rayonunun Badara kəndində məskunlaşan ailələr bu gün doğma ocaqlarında yeni həyat qurur, Böyük Qayıdışın sevincini yaşayırlar.

Badarada daimi məskunlaşmış Mehdiyev Ramil Yaqub oğlu kənddə yaradılan yaşayış şəraitindən məmnundur. O, ailəsi ilə birlikdə doğma torpaqda öz təsərrüfatını inkişaf etdirir, halal zəhməti ilə gündəlik ruzisini qazanır, gələcəyini qurur.

Videoçarxı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031