Paytaxt ərazisində silah-sursat aşkar edilərək götürülüb

Ədliyyə və Daxili İşlər nazirlikləri birgə əməliyyat keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində nazirliyin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi 25 ünvanında dəmir yol xəttinin yaxınlığında gizlədilmiş 1 ədəd "Makarov PM" markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd güllə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: