azturkxeber.az
http://azturkxeber.az

Mərdəkanda dənizdə batan 2 nəfərdən biri xilas edilib, digərinin axtarışı aparılır

28-07-2026

Mərdəkanda dənizdə batan 2 nəfərdən biri xilas edilib, digərinin axtarışı aparılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralıda, dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş - 2009-cu il təvəllüdlü Rahil Tarıyel oğlu Ağazadə xilas edilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin batdığı ehtimal olunan istiqamətlərdə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031