FHN: Dənizdə batdığı ehtimal olunan üç nəfərin axtarışları davam etdirilir
İyulun 6-da Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində, iyulun 15-də Mərdəkan qəsəbəsində və iyulun 16-da Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki "Daçnik" adlanan nəzarətsiz çimərlik ərazisində dənizdə batdığı ehtimal edilən üç nəfərin axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, axtarışlar 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin, 2004-cü il təvəllüdlü Elgün Qarayevin və 2003-cü il təvəllüdlü Rəhman Əmirovun batdığı ehtimal olunan istiqamətlər üzrə aparılır.
Hazırda axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən fasiləsiz davam etdirilir.
Əlavə məlumat veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: