azturkxeber.az
http://azturkxeber.az

Birinci yarımildə Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 3 dəfəyə yaxın artıb

28-07-2026

Birinci yarımildə Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 3 dəfəyə yaxın artıb

Cari ilin ilk 6 ayında Azərbaycandan Tunisə 307 min 167,03 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə və ya 181 min 492,68 ton çoxdur.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Hesabat dövründə Azərbaycandan Tunisə ixrac edilən xam neftin dəyəri illik müqayisədə 2,8 dəfə və ya 119 milyon 670,6 min dollar artaraq 187 milyon 605,08 min dollar təşkil edib.

Altı ayda Azərbaycanın ümumi xam neft ixracında Tunisin payı 3 faiz olub.

Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında isə Azərbaycandan Tunisə 67 milyon 934,47 min dollar dəyərində 125 min 674,35 ton xam neft ixrac edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031