Ukrayna ordusu Rusiyanın obyektlərinə dəqiq zərbələr endirib
Ukrayna Müdafiə Qüvvələri Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərdəki hədəflər bir sıra dəqiq zərbələr endirib.
Azturkxeber.az bu barədə Ukrayna Silahlı Qüvvələri Baş qərargahının açıqlamasına istinadla xəbər verir.
İyulun 27-si gecə Ukrayna bölmələri Rusiyanın bir sıra vacib obyektlərinə zərbələr endirib. Xüsusilə, Rostov-na-Donu şəhərindəki ixrac terminalına hücum edilib və orada yanğın baş verib.
Bundan əlavə, Jeleznı limanı (Xerson vilayəti) yaxınlığında “Geran”, “Gerbera” dronlarını idarə edən yerüstü aparat məhv edilib. Bu cihaz ruslara hücum dronlarının məsafəsini artırmağa və onların keyfiyyətinə nəzarət etməyə imkan verirdi.
Rusiya ordusunun cənubda hərbi logistika üçün fəal şəkildə istifadə etdiyi Xerson vilayətindəki Heniçesk boğazı üzərindəki avtomobil körpüsünə də zərbə endirilib. Bundan əlavə, Ukrayna qüvvələri Kadiyevkada Rusiyanın təmir bölməsinə, Luqansk vilayətindəki Semeykinoda yanacaq-sürtgü yağları anbarına və müvəqqəti işğal olunmuş Krımda Perevalnedə logistika bazasına zərbələr endirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: