Türkan qəsəbəsində yol kəsişməsində yeni işıqforlar quraşdırılıb
Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin, sürücülərin və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar və Ağaxan Abdullayev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, “L” və “A” tipli dirəklərin üzərində nəqliyyat və piyada bölmələri quraşdırılan yeni işıqforların istifadəyə verilməsi kəsişmədə nəqliyyatın nizamlı hərəkətini təmin edib.
Yeni işıqforların quraşdırılması “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası əsasında həyata keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: