azturkxeber.az
http://azturkxeber.az

Hövsan qəsəbəsinin əsas yollarından birində ilk dəfə işıqforlar quraşdırılıb

03-07-2026

Hövsan qəsəbəsinin əsas yollarından birində ilk dəfə işıqforlar quraşdırılıb

Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 16 ünvanında yeni işıqforlar quraşdırılaraq istifadəyə verilib.

Bu barədə Azturkxeber.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həmin ərazidə nəqliyyat axınının intensivliyi nəzərə alınaraq 3-ü "L" tipli, 1-i isə "A" tipli olmaqla, ümumilikdə 4 işıqfor quraşdırılıb. Yeni işıqforların istismara verilməsi nəticəsində nəqliyyat vasitələrinin hərəkəti nizamlı şəkildə təşkil olunub.

Bundan əlavə, ərazidə yaşayış binaları və yaxınlıqda orta məktəb, uşaq bağçasının yerləşməsi nəzərə alınaraq piyadaların yolu təhlükəsiz keçməsi üçün də zəruri şərait yaradılıb və işıqforlara piyada bölmələri quraşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031