azturkxeber.az
http://azturkxeber.az

Bu ilin 6 ayında icmal büdcə profisitlə icra olunub

27-07-2026

Bu ilin 6 ayında icmal büdcə profisitlə icra olunub

2026-cı ilin ilk altı ayında icmal büdcənin gəlirləri 24 milyard 413,9 milyon manat, xərcləri isə 19 milyard 824,3 milyon manat icra olunub.

Maliyyə Nazirliyindən bildirilib ki, icmal büdcədə 4 milyard 589,6 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 4 milyard 295,4 milyon manat, xərcləri 4 milyard 123,7 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 125,2 milyon manat, xərcləri 78,1 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 1 milyard 12,3 milyon manat, xərcləri 1 milyard 153,8 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 540,2 milyon manat, xərcləri 6 milyard 434,3 milyon manat məbləğində icra olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031