azturkxeber.az
http://azturkxeber.az

Qaxda taxıl biçini yekunlaşmaq üzrədir

26-07-2026

Qaxda taxıl biçini yekunlaşmaq üzrədir

Azərbaycanda ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malik sahələrdən biri də taxılçılıqdır.

Azturkxeber.az Qax Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, rayonda 2026-cı ilin məhsulu üçün 5521 hektar arpa, 7989 hektar buğda olmaqla ümumilikdə 13 min 510 hektar sahədə payızlıq əkin aparılıb. Bu günədək 5516 hektar arpa sahəsində, 6028 hektar isə buğda sahəsində olmaqla rayon üzrə 10 min 872 hektar taxıl sahəsində biçin aparılıb. Sahələrdən 13 min 533 ton məhsul istehsal olunub. Hər hektardan arpa üzrə orta məhsuldarlıq 36.3 sentner, buğda üzrə isə 37.5 sentner təşkil edir.

Yekunlaşmaqda olan taxıl sahələrində hazırda 46 kombayn işləyir, onlardan 7-si “Aqrolizinq”ASC-nin rayon bölməsinin balansındadır. Eyni zamanda, məhsulun vaxtında və itkisiz yığılması üçün “Aqrolizinq”ASC-nin rayon bölməsi tərəfindən digər rayonlardakı bölmələrdən əlavə olaraq 12 kombayn dislokasiya edilib. Biçin prosesində, həmçinin hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 27 kombayndan istifadə edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031