azturkxeber.az
http://azturkxeber.az

Osimhen “Qalatasaray” rəhbərliyini tənqid edib: Üç aydır maaş almıram

26-07-2026

Osimhen “Qalatasaray” rəhbərliyini tənqid edib: Üç aydır maaş almıram

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen sosial media hesabında canlı yayım zamanı Türkiyə klubunun rəhbərliyini sərt tənqid edib.

Nigeriyalı hücumçu 3 aydır maaş ala bilmədiyini açıqlayıb. O bildirib ki, pulunu verməsələr, komandanı tərk edəcək:

"Üç aydır maaşımı almıram. Mən olmasaydım, dünyada heç kim "Qalatasaray"ı tanımazdı. Əgər pulumu verməsəniz, gedəcəyəm. Nankorlar!”.

Qeyd edək ki, Viktor Osimhen “Qalatasaray”a İtaliyanın “Napoli” klubundan 75 milyon avro qarşılığında transfer olunub. O, ötən mövsüm 33 matçda 22 qol vurub və 8 məhsuldar ötürmə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031