Şamaxıda zəlzələ qeydə alınıb
Pirqulu stansiyasından 15 km şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, zəlzələnin maqnitudası 3,1 olub, ocağı isə 3 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: