azturkxeber.az
http://azturkxeber.az

Boks üzrə Azərbaycan millisi Avropa çempionatına Almaniyada hazırlaşacaq

15-07-2026

Boks üzrə Azərbaycan millisi Avropa çempionatına Almaniyada hazırlaşacaq

Kişi boksçulardan ibarət Azərbaycan millisi Almaniyaya yollanıb.

Boks Federasiyasından verilən məlumata görə, komanda Heydelberq şəhərində təlim-məşq toplanışı keçəcək.

Məşqçilər korpusu iyulun 30-dək davam edəcək hazırlıqda Sübhan Mamedov, Bilalhəbaşi Nəzərov (hər ikisi 50 kiloqram), Amin Məmmədzadə, Zidan Hünbətov (hər ikisi 55 kiloqram), Məhəmmədəli Aşırəliyev, Məhəmmədəli Qasımzadə (hər ikisi 60 kiloqram), Malik Həsənov, Zaur Qəhrəmanov (hər ikisi 65 kiloqram), Nəbi İsgəndərov (70 kiloqram), Səidcəmşid Cəfərov (75 kiloqram) və Murad Allahverdiyevi (80 kiloqram) yoxlayacaqlar.

Heydelberq Olimpiya Təlim Mərkəzində baş tutacaq məşqlərə 15-dək ölkənin yığmasının qatılacağı gözlənilir.

Qeyd edək ki, toplanış Avropa çempionatına hazırlıq xarakteri daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031