azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın boks millisi dünya çempionatına son hazırlıqları Qoridə keçəcək

18-08-2025

Azərbaycanın boks millisi dünya çempionatına son hazırlıqları Qoridə keçəcək

Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Gürcüstanda davam etdirəcək.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığma təlim-məşq toplanışının son mərhələsi üçün bu gün Qori şəhərinə yollanacaq.

Heyətdə Sübhan Mamedov (50 kiloqram), Nicat Hüseynov (55 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Zaur Qəhrəmanov (65 kiloqram), Sərxan Əliyev (70 kiloqram), Səidcəmşid Cəfərov (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Surət Qarayev (85 kiloqram), Alfonso Dominqes (90 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) yer alıblar. Komanda Qoridə, əsasən, texniki-taktiki hazırlığa diqqət ayıracaq.

Toplanış avqustun 29-da yekunlaşacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 4-14-də İngiltərənin Liverpul şəhərində keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031