azturkxeber.az
http://azturkxeber.az

Paytaxtın bir sıra küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

11-07-2026

Aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudiyyətlər iyulun 13-ü saat 07:00-dək aşağıdakı yol sahələrini əhatə edəcək:

Səməd Vurğun küçəsində – Füzuli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək;

Nazim Hikmət küçəsində – Həsən bəy Zərdabi küçəsi və Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək;

Sənan Abdullayev küçəsində (Baksol yolu) – Ziya Bünyadov prospektindən Sənan Abdullayev küçəsi, döngə 1-dək.

Qeyd olunan ərazilərdə aparılan təmir işləri ilə əlaqədar sürücülərdən müvəqqəti narahatlığa anlayışla yanaşmaları, hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031