azturkxeber.az
http://azturkxeber.az

Dünya çempionatı: Belçika millisi 1/4 finala vəsiqə qazanıb

07-07-2026

Dünya çempionatı: Belçika millisi 1/4 finala vəsiqə qazanıb

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

Azturkxeber.az xəbər verir ki, Belçika və ABŞ yığmaları üz-üzə gəliblər. Sietl stadionunda oynanılan görüş avropalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Belçikanın heyətində Şarl de Ketelare (9, 33), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) fərqləniblər. Amerikalıların yeganə qolu isə Malik Tillmanın (31) aktivinə yazılıb.

1/4 finala yüksələn Belçikanın bu raunddakı rəqibi İspaniya seçməsi olacaq.

Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç və İspaniya milli komandaları 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031