azturkxeber.az
http://azturkxeber.az

İspaniya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib

03-07-2026

İspaniya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

Azturkxeber.az xəbər verir ki, mundialın əsas favoritlərindən hesab olunan İspaniya millisi Avstriya yığması ilə qarşılaşıb. ABŞ-nin Los-Anceles şəhərindəki “Sou-Fay” stadionunda oynanılan görüş ispanların qələbəsi ilə başa çatıb – 3:0. Matçda ilk qolu 36-cı dəqiqədə Mikel Oyarsabal vurub. 66-cı dəqiqədə Pedro Porro hesab arasında fərqi 2 topa çatdırıb. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Oyarsabal qoyub.

Bu qələbə ilə adını 1/8 finala yazdıran İspaniya millisinin növbəti rəqibi Portuqaliya – Xorvatiya cütünün qalibi olacaq. Həmin oyun bu gecə saat 03:00-da başlayacaq. Saat 07:00-da isə İsveçrə millisi Əlcəzairi sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları 1/8 finala vəsiqə qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031