azturkxeber.az
http://azturkxeber.az

DÇ-2026: Xorvatiya üzərində əzmkar qələbə qazanan Portuqaliya 1/8 finalda

03-07-2026

DÇ-2026: Xorvatiya üzərində əzmkar qələbə qazanan Portuqaliya 1/8 finalda

Futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir iştirakçısı bəlli olub.

Azturkxeber.az xəbər verir ki, 1/16 finalda Xorvatiya millisinə 2:1 hesabı ilə qalib gələn Portuqaliya yığması növbəti raunda vəsiqə qazanıb.

Matçda hesabı 53-cü dəqiqədə xorvatiyalılar açıblar. İvan Perişiç fərqlənib. 68-ci dəqiqədə Portuqaliya seçməsinin kapitanı Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək oyunda tarazlığı bərpa edib. Qələbə qoluna isə 90+4-cü dəqiqədə Qonsalu Ramuş imza atıb.

Beləliklə, Portuqaliya millisi 1/8 finalda İspaniya yığmasına rəqib olub.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları 1/8 finala yüksəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031