azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşüb

25-06-2026

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, görüşdə Parlament İttifaqının təşkilata üzv ölkələrin qanunvericilik orqanları arasında münasibətlərin daha da dərinləşdirilməsi və bir sıra mühüm məsələlərin müzakirəsi baxımından əlverişli platforma olduğu bildirilib. Eyni zamanda, konfransın Milli Məclisin evsahibliyi ilə yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.

Tərəflər həmçinin parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparıblar. Spiker Sahibə Qafarova qonaqla bundan öncəki görüşünü məmnunluqla xatırlayaraq, həm parlament sədrləri, həm də deputatlar arasında mövcud olan təmasların, qarşılıqlı səfər və görüşlərin əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Görüşdə parlamentlərdə mövcud olan dostluq qruplarının əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub, həmçinin Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə Respublikası Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qruplarının üçtərəfli formatda görüşlərinin keçirilməsi də təqdirəlayiq addım kimi qiymətləndirilib.

Söhbət zamanı Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstək yüksək qiymətləndirilib. Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri dəstəyə görə ölkəmizə təşəkkür edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930