azturkxeber.az
http://azturkxeber.az

ADY-nin Çin səfərində dəmir yolu parkının yenilənməsi məsələləri müzakirə olunub

25-06-2026

ADY rəhbərliyinin Çinə səfəri çərçivəsində yeni sərnişin qatarlarının, lokomotivlərin və vaqonların alınması ilə bağlı məsələlər əsas müzakirə mövzularından biri olub.

Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində aşağıdakı istiqamətlər üzrə mühüm görüşlər və danışıqlar aparılıb:

“CRRC Ziyang” şirkəti ilə 4 ədəd magistral sərnişin lokomotivinin satın alınmasına dair müqavilə imzalanıb. Bununla yanaşı, ötən il 7 ədəd yük lokomotivinin alınmasına dair imzalanmış müqavilənin davamı olaraq, əlavə 14 lokomotivin tədarükü ilə bağlı danışıqlar aparılıb.

“CRRC Zhuzhou” şirkəti ilə rayonlararası marşrutlarda istismar olunacaq 4 ədəd sərnişin qatarının satın alınması məsələsi müzakirə edilib, həmçinin qatar nümunələrinə baxış keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan 20 ədəd sərnişin qatarının alınması məsələsi də gündəmdə olub. Bu istiqamətdə Çin tərəfinin təklifləri nəzərdən keçirilib və geniş fikir mübadiləsi aparılıb.

“CRRC Nanjing Puzhen” şirkəti ilə keçirilən görüşdə isə 4 ədəd sərnişin qatarının və 50 ədəd sərnişin vaqonunun satın alınmasına dair texniki və kommersiya məsələləri ətraflı müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930