azturkxeber.az
http://azturkxeber.az

Xəzinə xidmətləri üzrə büdcə təşkilatlarına metodiki dəstək məqsədilə "Xəzinə Bələdçisi” hazırlanıb

24-06-2026

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün “Xəzinə Bələdçisi” hazırlanıb.

Azturkxeber.az-ın məlumatına görə, “Xəzinə Bələdçisi”nin əsas məqsədi xəzinədarlıq orqanı ilə büdcə təşkilatları arasında sənəd dövriyyəsini tam şəffaflaşdırmaqla müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə vahid yanaşma əsasında daha sürətli və xətasız hazırlanmasına dəstək göstərmək, sənədləşmə prosesində rast gəlinən texniki və prosedur uyğunsuzluqların minimuma endirilməsini təmin etməkdir.

Müvafiq sənəd, həmçinin, xəzinədarlıq xidmətləri sahəsində rəqəmsallaşma proseslərinin təşviqini, müraciətlərin hazırlanması və icrası zamanı vahid yanaşmanın formalaşdırılmasını və istifadəçi məmnunluğunun artırılmasını hədəfləyir.

Metodiki təlimatda əməyin ödənişi, mal, iş və xidmətlərin satınalınması, faizlər üzrə ödənişlər, subsidiyalar, qrantlar və digər ödənişlər, sosial ödənişlər, dövlət icbari şəxsi sığorta xərcləri, qeyri-maliyyə və maliyyə aktivləri, eləcə də öhdəliklər üzrə əməliyyatlar daxil olmaqla 140-dan çox xərc maddəsi üzrə təqdim edilməli zəruri sənədlərin siyahısı, müraciətlərin hazırlanması qaydaları və mümkün imtina halları barədə məlumatlar əks olunub.

“Xəzinə Bələdçisi” büdcə təşkilatlarının elektron istifadəsi üçün Xəzinədarlığın İnformasiya İdarəetmə Portalında, Nazirliyin internet informasiya resurslarında, o cümlədən sosial media platformalarında yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930