azturkxeber.az
http://azturkxeber.az

Neftçalada DOST filialı fəaliyyətə başlayıb

24-06-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinin davamı olaraq, Neftçala rayonunda DOST filialı fəaliyyətə başlayıb.

Azturkxeber.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov filialda yaradılan şəraiti və vətəndaşların qəbulu, onlara xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

Anar Əliyev DOST mərkəzlərinin yaradılmasının Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkəmizdə aparılan sosial islahatların mühüm nailiyyətlərindən biri olduğunu vurğulayıb. O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST modelinin üstünlüklərini və beynəlxalq səviyyədə də yüksək qiymət aldığını bildirib.

DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərinin əhaliyə “bir pəncərə”dən, müasir, çevik və şəffaf, vətəndaş məmnunluğuna uyğun göstərildiyi qeyd edilib.

Neftçala şəhəri, Heydər Əliyev prospekti, giriş 76 ünvanında yerləşən filialın inzibati binası modern və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. 2 mərtəbədən ibarət binanın ümumi sahəsi 535 kvadratmetrdir. 10 nəfər işçi heyətlə xidmət göstərəcək Neftçala DOST filialında gün ərzində orta hesabla 100-dək vətəndaşın qəbulu nəzərdə tutulur.

Nazir yeni filialda daim DOST konsepsiyası əsas tutulmaqla yüksək səviyyədə xidmətlərin göstərilməsi, müraciətlərdə əksini tapan məsələlərin həlli işlərinin vətəndaş məmnunluğuna uyğun yerinə yetirilməsi və s. barədə tapşırıqlar verib.

İndiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 3 DOST filialı, 3 DOST məntəqəsi istifadəyə verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930