azturkxeber.az
http://azturkxeber.az

“YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb

23-06-2026

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb.

Azturkxeber.az-ın məlumatına görə, 10–11 yaşlı 53 şəhid övladının iştirak etdiyi həftənin açılış mərasimindən sonra uşaqlar “Nilado Green” çay plantasiyasına ekskursiya ediblər. Sonra psixoloqlar tərəfindən tanışlıq, ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş təlim, eləcə də stolüstü oyun saatı keçirilib.

İkinci gün uşaqlar Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə əraziyə yerləşdirilən xüsusi idman alətlərindən istifadə etməklə səhər idmanına qatılıblar.

Gün ərzində “Gənc Psixoloqlar" İctimai Birliyinin psixoloqları ilə görüş, uşaq parkında əyləncə proqramı və “face-art” fəaliyyəti təşkil olunub.

ASAN Radio və ASAN TV-nin təşkilati dəstəyi ilə keçirilən konsert proqramında estrada müğənnisi Elçin Cəfərovun çıxışı uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin aktyorlar İlkin Həsəni və Elşən Orucov şəhid övladları ilə görüşüblər.

Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur.

Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC

Dəstəkçilər: “Badamlı" və “Milla”

Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930