Tramp: İran limanlarının blokadası bombardmandan daha təsirli olub

İranın dəniz limanlarının blokadaya alınması bombardmandan daha təsirli nəticə verib və zərurət yaranarsa, Vaşinqton bu taktikanı qısa müddətdə yenidən tətbiq edə bilər.
Azturkxeber.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
“Hesab edirəm ki, blokada bombardmandan daha təsirli idi”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Onun sözlərinə görə, ABŞ lazım gələrsə, bu addımı çox qısa müddətdə yenidən ata bilər. “Biz bunu, deyərdim ki, 15 dəqiqədən sonra yenidən etməyə hazırıq”, – deyə Tramp əlavə edib.
Daha sonra ABŞ Prezidenti Ağ Evdə iştirak edən müdafiə naziri Pit Heqsetə müraciət edərək belə bir blokadanın operativ şəkildə bərpa olunmasının mümkünlüyünü soruşub.
“ABŞ ordusu lazım gələrsə, hazırda hərəkətə keçməyə hazırdırlar”, – deyə Pentaqon rəhbəri cavab verib.
Trampın açıqlamaları İran ətrafında gərginliyin davam etdiyi bir vaxtda Vaşinqtonun bölgədəki mümkün hərbi-siyasi addımları ilə bağlı diqqət çəkib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: