azturkxeber.az
http://azturkxeber.az

Moldovada azərbaycanlı avarçəkən qardaşlar 6 medal qazanıblar

23-06-2026

Belts şəhərində U14, U16 və U18 yaş kateqoriyalarında idmançılar arasında kayak və kanoe üzrə Moldova çempionatı keçirilib.

Azturkxeber.az xəbər verir ki, yarışlarda soydaşlarımız – Eldar və Tamerlan Osmanov qardaşları iştirak edərək uğurlu çıxışları ilə bir neçə mükafata layiq görülüblər.

Eldar Osmanov tam mükafat dəstini qazanıb:

• 500 metr məsafədə – 1-ci yer;

• 200 metr məsafədə – 2-ci yer;

• 1000 metr məsafədə – 3-cü yer.

Tamerlan Osmanov da üç medal qazanıb:

• 1200 metr məsafədə – 2-ci yer;

• iki nəfərlik kayakla 500 metr məsafədə – 2-ci yer;

• tək nəfərlik kayakla 500 metr məsafədə – 3-cü yer.

Moldova Azərbaycanlıları Konqresi Osmanov qardaşlarını çempionatda uğurlu çıxış münasibətilə səmimi qəlbdən təbrik edir, gənc idmançıların inkişafına verdikləri dəstəyə və töhfəyə görə onların məşqçilərinə və valideynlərinə minnətdarlığını bildirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930