azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Yəmən Respublikası Nümayəndələr Palatasının sədri ilə görüşüb

23-06-2026

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Yəmən Respublikası Nümayəndələr Palatasının sədri Sultan Səid Əlbarkani ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, Milli Məclisin sədri Yəmənin Bakıda keçirilmiş COP29 tədbirində yüksək səviyyədə təmsil olunmasından və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakından məmnunluğunu bildirib.

Görüşdə ölkələrimizin müxtəlif platformalarda bir-birinə qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiyi qeyd edilib. Spiker Sahibə Qafarova Azərbaycanın Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə rəhbərliyi dövründə görülmüş işlər barədə məlumat verib. Tərəflər, parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlıq etməsindən məmnunluqlarını ifadə ediblər.

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın özünəməxsus rolu diqqətə çatdırılıb. Bildirilib ki, hər iki ölkənin qanunverici orqanında qarşılıqlı dostluq qruplarının yaradılması münasibətlərin inkişafına böyük töhfə olardı.

Görüşdə Nümayəndələr Palatasının sədri Sultan Səid Əlbarkani İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib və bu təşkilat çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb. Qonaq ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və burada gördükləri inkişafdan məmnunluğunu bildirib. Söhbət zamanı Nümayəndələr Palatasının sədri iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı, o cümlədən parlamentlər arasında münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Sultan Səid Əlbarkani Azərbaycanın Yəmən xalqına göstərdiyi mənəvi və humanitar yardımlara görə təşəkkürünü bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930