azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb

23-06-2026



Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mozambik Respublikası Respublika Assambleyasının sədri Marqarida Talapa ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, görüşdə İƏTPİ Konfransının 20-ci sessiyasının əhəmiyyəti barədə fikirlər səsləndirilərək, Parlament İttifaqının müsəlman ölkələri və onların qanunverici orqanları arasında əlaqələrin daha da güclənməsində vacib rolu diqqətə çatdırılıb.

Spiker Sahibə Qafarova ölkələrimizin və parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və qarşılıqlı dəstəyinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.

Söhbət zamanı parlamentlər arasında əməkdaşlıq məsələlərinə nəzər salınıb, parlamentarilər arasında təmasların və qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Marqarida Talapa göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkəmizə səfəri və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüb. Qonaq Parlament İttifaqı Konfransının əhəmiyyətini vurğulayıb və ölkəmizin tədbirin təşkili ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

O, Azərbaycanın Milli Məclisi ilə əlaqələrin genişlənməsinə böyük önəm verdiklərini bildirərək, parlamentlər arasında münasibətlərin ölkələrimiz arasında da əlaqələrə töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930